“Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsinin iştirakçıları Binəqədi Gənclər Evində oldular
21 noyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan və Türkiyə gəncləri arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə Binəqədi rayon Gənclər və İdman İdarəsi, Kayseri Gənclik Xidmətləri və İdman Şöbəsi və Kayseri Gənclik Mərkəzinin birgə layihəsi olan “Dev Kardeşlik ve Candaşlık Projesi” layihəsi çərçivəsində Kayseri Gənclik Mərkəzinin rəhbərliyi də daxil olmaqla, ümumilikdə 15 nəfərdən ibarət nümayəndə heyəti ölkəmizin qonağı oldu.

21 noyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinə gələn qonaqları burada Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, rəis müavini Sevinc Süleymanova, müəssisənin direktoru Sənan Əliyev, idarə və müəssisənin əməkdaşları qarşılayaraq, Türkiyəli gənclərin Azərbaycana, Binəqədiyə gəlişindən çox məmnun olduqlarını bildirdilər.

Gənclər Evinin akt zalında rəsmi formatda keçən görüşdə çıxış edən natiqlər, Elvin Aslanov, Kayseri Gənclik Mərkəzinin rəhbəri Ali Karagöz, Kayseri Gənclik lideri Ali Karadeli layihənin aktuallığından, Türkiyə və Azərbaycan arasında olan qardaşlıq və doğma münasibətlərdən danışdılar.

Sonra qonaqlar Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış oldular. Onlara burada fəaliyyət göstərən sosial xidmətlər, kurs və dərnəklər, həyata keçirilən layihələr haqqında ətraflı məlumat verildi.

Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.