"Gənclər Evi"ndə "BAŞLA" layihəsinin açılışı
18 dekabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

18 dekabr 2017-ci il tarixdə Gəncə şəhər "Gənclər Evi"ndə "BAŞLA" layihəsinin açılışı olub. Tədbir Gəncə şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə, Gəncə "ASAN Xidmət" mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Gəncədə "BAŞLA Talk"un ilk qonağı Beynəlxalq Əmək Təşkilatının sertifikatlı təlimçisi, Elvin Dadaşsoy olub. Elvin Dadaşsoy biznes qurmaq xəyalı olan azərbaycanlı gənclərə uğurlu biznes qurmaqlarında yardım etmək üçün "Dadashsoy Business School" platformasını yaradıb. Elvin Dadaşsoy çıxışı zamanı ən böyük arzusunun özünün quracağı şirkətlərdə 100 000 azərbaycanlını işlə təmin etmək olduğunu qeyd edib. Təlimçi 120 könüllünün iştirak etdiyi "Biznesinə BAŞLA" seminarda həyat təcrübəsindən bəhs edərək ideyaların reallaşdırılması ilə bağlı vacib fikirlərini bölüşüb. Sonda təlimçi gənc startapçıları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, "BAŞLA" layihəsi çərçivəsində hər həftənin bir günü "ASAN Xidmət" mərkəzində könüllülər üçün biznes-təlimlər nəzərdə tutulub.

Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.