Gənclər Evində “Toxuculuq Və Müasir Moda” adlı seminar
15 dekabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

15 dekabr 2017 ci il tarixdə Gəncə Gənclər Evində “Toxuculuq Və Müasir Moda” adlı seminar keçirildi. Seminar modelyer dizayner Səbinə Əliyeva və Gəbclər evinin "Toxuculuq və tikiş" dərnəyinin rəhbəri Xatirə Məmmədova tərəfindən aparıldı. Seminar zamanı hər iki mütəxəssis tərəfindən geyim tarixi, üslubları haqqında gənclərə məlumat verilib, Şərq modasının dövrümüzdə yeri müzakirə olunub. Toxuculuğun incəlikləri, növləri, hörgünün sirləri barədə də iştirakçılara geniş məlumat verilib. Qeyd edək ki, seminarda ayrı-ayrı universitet və kolleclərdən 50-dən artıq gənc iştirak edib.

Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.