”Qarabağ münaqişəsi müzakirədə”
04-06 noyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə ”Qarabağ münaqişəsi müzakirədə” adlı forum həyata keçirilmişdir. Forumda QHT nümayəndələri, 100 nəfər ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak etmişdir.

Forumun keçirilməsində əsas məqsədi Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” həqiqətlərinin yerli gənclərimiz tərəfindən dərindən araşdırılmasını təmin etmək, problemin dünya ictimaiyyətinə çatdırılması yollarının axtarılmasını və yerli gənclərimizin sözügedən mövzuda yerli, regional və beynəlxalq səviyyədə baş tuta biləcək təşəbbüslərini, qərar qəbul etmə və fəaliyyətlər həyata keçirmə fəallıqlarını artırmaqdan ibarət olmuşdur. Layihədə region gənclərinin ixtisaslı ekspertlər tərəfindən Dağlıq Qarabağ həqiqətlərinin öyrənilməsi və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasındakı rolundan bəhs edilmişdir.

Gənclər layihə müddətində Dağlıq Qarabağ və o cümlədən, Erməni vəhşiliyi tərəfindən törədilmiş tarixi qətliamlar, soyqırımlar, saxtalaşdırılmış milli-mədəni tarixi abidələrlə virtual şəkildə tanış olmuş, əlavə olaraq ictimai müzakirələr, təqdimatlar və panellər vasitəsilə maariflənmə imkanı əldə etmişdirlər.

Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.