"Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində"Nirvana-Praktiki Bədən Dili" təlimi
2 dekabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

2 dekabr 2017-ci il tarixdə "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə birlikdə 5 dekabr - "Beynəlxalq Könüllülər Günü" münasibətilə “Formula-1” yarışının bir qrup könüllüləri üçün "Nirvana- Praktiki Bədən Dili" təlimi keçirildi.

Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin könüllülər üzrə koordinatoru Tural Hümbətov könüllüləri salamlayaraq onlara təlimin gedişində uğurlar arzuladılar. “Beynəlxalq Könüllülər Günü” münasibəti ilə gəncləri təbrik edən natiqlər, keçirilən tədbirlərdə göstərdikləri dəstəyə və köməyə görə könüllülərə təşəkkürlərini bildirdilər.

Daha sonra Orxan Şahbazın təqdimatında həyata keçirilən təlim proqramı start götürdü.

Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.