“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 8-ci mikrorayon ərazisində yaşayan gənclərlə görüş
18 noyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə 18 noyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 8-ci mikrorayon ərazisində yaşayan gənclərlə görüş keçirildi.

Görüşdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, YAP Binəqədi rayon Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, 1 nömrəli SİƏD-in məsləhətçisi (mühəndis) Orxan Əlixanlı,Binəqədi bələdiyyəsi İctimai-humanitar sektorunun müdiri Kənan Qılıncxanov və gənclər iştirak etdilər.

Görüş zamanı gənclərə ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər, rayonda aparılan abadlıq və quruculuq işləri haqqında məlumat verilmdi, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolu, onların fəallığının artırılması mövzusunda maarifləndirmə işi aparıldı. Daha sonra gənclərin fikirləri dinlənildi, onlar tərəfindən qaldırılmış məsələlər üzrə zəruri tədbirlərin görüləcəyi bildirildi.

Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.