“Bayraqları bayraq yapan üstündəki qandır” mövzusunda bədii-qiraət müsabiqəsi
27-30 oktyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq, "9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 27 və 30 oktyabr 2017-ci il tarixlərdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Bayraqları bayraq yapan üstündəki qandır” mövzusunda bədii-qiraət müsabiqəsi keçirildi.

Müsabiqədə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodist müəllimləri, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başlamış 11-ci qrup ASAN könüllüləri və məktəblilər iştirak etdilər

3 yaş qrupunda aparılan müsabiqə aşağıdakı kimi nəticələndi:

7 – 10 yaş qrupu
I yer - Zəhra Novruzlu (3 №-li tam orta məktəbin IV sinif şagirdi)
II yer - Xanım Əliyeva (297 №-li tam orta məktəbin IV sinif şagirdi)
III yer - Ayla Əsgərova (314 №-li tam orta məktəbin II sinif şagirdi)

11 - 14 yaş qrupu
I yer - Ayxan Nəsibzadə (179 №-li tam orta məktəbin VI sinif şagirdi)
II yer - Rəvan Abdullayev (298 №-li tam orta məktəbin VIII sinif şagirdi)
III yer - Nəzrin Hümmətova (283 №-li tam orta məktəbin VII sinif şagirdi)

15 – 17 yaş qrupu
I yer - Calal Həsənli (102 №-li tam orta məktəbin X sinif şagirdi)
II yer - Gülnar Mürsəlzadə (299 №-li məktəb-liseyin VII sinif şagirdi)
III yer - Leyla Baxşıyeva (284 №-li tam orta məktəbin VII sinif şagirdi)

Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.