“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində ASAN könüllüləri ilə görüş keçirildi.
30 oktyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

30 oktyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübəyə başlamış 11-ci qrup ASAN könüllüləri ilə görüş keçirildi.

Görüşdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, şöbənin baş məsləhətçisi Leyla Kərimova və Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etdilər.

Əvvəlcə Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış olan könüllülərə buradakı fəaliyyət haqqında geniş məlumat verildi.

Daha sonra ASAN könüllüləri ilə görüş baş tutdu. Görüşdə çıxış edən natiqlər - Elvin Aslanov Gənclər Evinin fəaliyyəti ilə bağlı, Şəmsi Gülverdiyev Binəqədi rayonunda Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, aparılan abadlıq-quruculuq işləri, o cümlədən həyata keçirilən layihələr, tədbrilər haqqında, Leyla Kərimova Binəqədi rayonunun rəsmi “facebook” səhifəsi, sosial şəbəkələrdə rayonun fəaliyyəti haqqında ətraflı məlumat verdilər.

Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.