"Gəncə Gənclər Debat Forumu: Payız 2017"
28 noyabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

"Gəncə Gənclər Debat Forumu: Payız 2017" cari ilin noyabr ayının 28-də uğurla yekunlaşdı. Xatırladaq ki, 25 noyabr tarixindən Gəncə Gənclər Evində start götürən Forum Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və "Gəncə Regional Debat Mərkəzi"nin birgə təşkilatçılığı həyat keçirildi. Forumda kolleclərin və universitetlərin "Debat Klubla"rının komandaları iştirak edirdi. Kolleclər arası finalda Gəncə Regional Dövlət Kolleci Debat Klubunun "Nano" komandası Gəncə Musiqi Kolleci Debat Klubunun "Miraj" komandası ilə qalibiyyət uğrunda mübarizə apararaq qalib oldu. Universitetlər arası finalda isə Gəncə Dövlət Universiteti Debat Klubunun "Plan-B" və "Daltonlar" komandası qalibiyyət uğrunda mübarizə apardı. Bu gərgin mübarizənin qalibi isə "Daltonlar" komandası oldu. Tədbir Kollec və Universitetlərin qalib komandalarının və ən yaxşı natiqlərinin mükafatlandırılması ilə yekunlaşdı.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.