“Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqların stolüstü oyunlar üzrə V-Ümumrespublika zona yarışı”
13-14 noyabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

13-14 noyabr 2017-ci il tarixlərdə saat 10:00-da Heydər Əliyev adına park kompleksində Gənclər Evində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin təşəbbüsü və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud olan uşaqlar arasında stolüstü idman oyunları üzrə V-Ümumrespublika zona yarışı” keçirildi.

İştirakçı sayı 78 nəfər olmuşdur .Qaliblər mükafatlandırıldı.

Zona yarışında I yeri tutan iştirakçılar Respublikanın final yarışında iştirak etmək hüququ qazandılar.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.