İngilis dili üzrə danışıq klubu
31 oktyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

31 oktyabr 2017-ci il saat 15:00-dan 18:00-a kimi davam edən "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin Conversation Club-da "What would you want to see in your country?"("Ölkənizdə nəyi görmək istərdiniz?") adlı mövzu keçirilib. Mövzu ətrafında çıxış edən gənclər ölkəmizdə görmək istədikləri adət-ənənələri, dünya ölkələri arasında keçirilən fərqli festivalları, bayramları bir-biriləri arasında bölüşüblər. Daha sonra kluba qoşulan yeni gənclər və Gənclər Evinin İngilis dili üzrə təlimçisi Elvin Süleymanov ilə birlikdə "The Game of Mafia"( Mafia oyunu) oyununu oynayaraq günü yeni dostluqlarla başa vurublar.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.