”Gəncə Dövlət Universitetinin tələbələri arasında Şahmat turniri”
24-28 oktyabr, 03 noyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana həvəsinin artırılması məqsədilə universitetin tələbələri arasında “Şahmat turniri” uğurla yekunlaşmışdır. 03 noyabr tarixdə Gəncə Dövlət Universitetində təşkil olunan mükafatlandırma mərasimində Gənclər evində baş tutan “Şahmat turniri”ndə qalib gələn gənclərlə yanaşı, universitetdə təşkil olunan inşa-yazı müsabiqəsinin və intellektual oyunun qalibləri də mükafatlandırılmışdır.

Mərasimdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, İdarənin əməkdaşları və tələbə-gənclər iştirak etmişdir.

Tədbirdə inşa-yazı müsabiqəsində I yer tutan Biologiya-kimya fakültəsinin tələbəsi Leyla Əliyeva, II yer tutan Filologiya fakültəsinin tələbəsi Nərmin İsmayılova, III yer tutan Tarix-coğrafiya fakültəsinin tələbəsi Nuranə Hüseynzadə, oğlanlararası şahmat turnirində I yer tutan Pedoqoji fakültənin tələbəsi Kərəm Şükürlü, II yer tutan Tarix-coğrafiya fakültəsinin tələbəsi Xəzər Qasımov, qızlar arası şahmat müsabiqəsində I yer tutan Magistratura şöbəsinin tələbəsi İzzət Rəhimli, II yer tutan Fizika və texniki fənlər fakültəsinin tələbəsi Ulduz Nəsrullayeva, fakültələrarası intellektual yarışda I yer tutan Tarix-coğrafiya fakültəsinin “SMART” komandasının üzvləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişdirlər.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.