22 oktyabr 2017-ci il tarixdə “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində şəhər orta ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri üçün Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi və İngilis dili fənləri üzrə sınaq imtahanları keçirilib. İmtahanda Mingəçevir şəhərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən 100-ə yaxın şagird iştirak edib.