Mingəçevir Gənclər Evində “Natiqlik sənəti” adlı təlim keçirilib
13 oktyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

13 oktyabr 2017-ci il tarixində "Mingəçevir Gənclər Evi" Sosial Xidmət Müəssisəsində fəaliyyət göstərən Debat Klubunun rəhbərliyi ilə “Natiqlik sənəti” adlı təlim keçirilib.

Rəşad Qurbanov təlimə qoşulan tələbələri Gənclər Evi adından salamlayaraq bildirdi ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan insanlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmiş və bugün onların burada öyrəndikləri məlumatlar gələcək həyatlarında güclü natiq və debatçı olmalarına böyük töhfə verəcəkdir.

Təlimdə müxtəlif ixtisaslarda təhsil alan tələbələr fəal şəkildə iştirak etmişdirlər. İlk əvvəl tələbə gənclərə natiqlik sənəti haqqında, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmış görkəmli nümayəndələri haqqında ətraflı məlumat verilmişdir. Təlim zamanı həmçinin antik yunan natiqlik sənətinin yaranması və inkişafında böyük rolu olan Aristotelin “Ritorika” adlı sənət əsərindən danışılmış, natiqlik sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirilmiş, natiq nitqinin quruluşu, üslubu, orfoepiyası, ifadəlilik vasitələri geniş şəkildə izah edilmişdir.

Son olaraq təlimçi Rəşad Qurbanovun rəhbərliyi ilə Mingəçevir Dövlət Universitetinin tələbərinin iştirakından ibarət üç qrup universitet haqqında məlumatlarını paylaşaraq qrup işinin ərsəyə gətirdiyi qısa nitq ilə çıxışlarına yekun vurulmuşdur.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.