“Öyrən, tətbiq et, qazan” layihəsi çərçivəsində keçirilən kurslar davam edir.
02-06 oktyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Öyrən, tətbiq et, qazan” layihəsi çərçivəsində Mingəçevir Gənclər Evində təşkil edilən kurslar davam edir.

Şəhər müəllimlərinin peşəkarlıq səviyyəsinin artmasına, onların İKT bilik və vərdişlərinin inkişafına xidmət göstərən layihə fəaliyyətini davam etdirir. Kurslara şəhərin müxtəlif məktəblərindən bir çox tədrisçi, eləcə də təhsil sahəsinə yeni qoşulan gənclərin sayı gündən-günə artır. Təlimlərdə tədrisçilərə və yeni gənc müəllimlərə Elektron lövhə - “Ağıllı” lövhənin, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişatını, hazırlanmış şablonları, modelləri kompyuterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək, dərsi səmərəli keçmək yolları kurs iştirakçılarına çatdırılır.

Elektron lövhə adi lövhə, hətta proyektor qoşulmuş kompyuterlə müqayisədə bir sıra üstünlüklərə malikdir. Dərsdə elektron lövhənin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradır. Elektron lövhə müəllimə bir çox illüstrativ vasitələrdən geniş (şəkil, xəritə, video və sair) istifadə imkanı verir. Bu da şagirdlərin tədris materiallarını daha yaxşı mənimsəmələrinə kömək edir. Çoxlu sayda funksiyalara malik olan interaktiv elektron lövhə həm müəllimlərin, həm də şagirdlərin yaradıcılıq potensialının daha da artırılmasına şərait yaradır. Eyni zamanda keçilən dərslərdə interaktiv elektron lövhələrin tətbiq edilməsi müasir texnologiyaların tətbiqi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.

Təlimlər hər gün saat 15:00-da Mingəçevir Gənclər Evində keçirilir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.