Sumqayıtda “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə şəhər birinciliyinin qalibi müəyyən oldu
14 oktyabr 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 14 oktyabr 2017-ci il tarixdə Sumqayıt Gənclər Evində 18 Oktyabr – “Dövlət Müstəqilliyi günü”nə həsr edilmiş “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu üzrə şəhər birinciliyi təşkil edilmişdir. Bilik yarışının keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının prioritet istiqamətləri üzrə gənclərin daha geniş kütləsinin intellektual faəliyyətə cəlb olunması, onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılması, Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında maarifləndirilməsi və asudə vaxtın səmərəli təşkili olmuşdur.

Çempionatda Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov və Gənclər Evinin direktoru Pəri Vəliyeva çıxış edərək 18 oktyabr - Dövlət Müstəqilliyi günü tarixindən, Ümummili lider Heydər Əliyevin müstəqilliyimizin qorunub sağlanılması, möhkəmləndirilməsi uğrunda xidmətlərindən, dövlətçilik ənənələrindən, ölkə və şəhər rəhbərliyinin gənc nəslə göstərdiyi qayğıdan danışmış və bayram münasibətilə iştirakçıları təbrik edərək onlara uğurlar arzulamışlar.

Çempionatda şəhərin müxtəlif sahələrini təmsil edən 25 yaşadək gənclərdən ibarət 11 komanda olmaqla, ümumilikdə 66 nəfər öz bilik və bacarıqlarını sınamışdır.

Gərgin şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri “Asan Sumqayıt”, II yeri “Cəbəllütariq”, III yeri isə “Gryffindor” komandası tutmuşdur.

Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, kubok, medal və hədiyyələri ilə təltif edilmişlər.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.