“Region gənclərinin intellekt akademiyası” adlı layihəyə start verilib
21-22 oktyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “İşıqlı Gələcək” Gənclərin İctimai Birliyi tərəfindən 21-22 oktyabr 2017-ci il tarixlərdə Gənclər Evində “Region gənclərinin intellekt akademiyası” adlı layihə çərçivəsində intellektual yarış keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimov bu cür intellektual yarışların şəhər gəncliyinin inkişafında böyük rol oynadığını və mütəmadi olaraq bu qəbildən olan tədbirlərin təşkil edildiyini vurğuladı. Direktor daha sonra finala gedən yolda iştirakçılara uğurlar arzuladı.

İlk iki yarış günündə Mingəçevir Dövlət Universitetində təhsil alan tələbə gənclər öz bilik və dünyagörüşlərini yoxlayıb. Layihənin formatına uyğun olaraq, Universitetdə təhsil alan region gəncləri 8 komandadan ibarət olmaqla öncə “Nə? Harada? Nə zaman?” (“NHN”), daha sonra isə “Xəmsə” İntellektual yarışlarında özlərini sınayıblar.

Gərgin keçən yarışların nəticəsinə əsasən, Universitetin 16 komandasından “İOS11”, “Qarabağ”, “Light City” və “İslam” komandaları topladıqları xallara uyğun olaraq yarışın final mərhələsinə vəsiqə qazanıblar.

Layihənin davamı olaraq, 28-29 oktyabr tarixlərində keçiriləcək növbəti turlarda Mingəçevir Tibb Kolleci və Mingəçevir Turizm Kollecində təhsil alan tələbələr üçün, həmçinin 4 noyabr tarixində müxtəlif kateqoriyalardan olan şəhər gəncləri üçün “NHN” və “Xəmsə” formatında intellektual yarışlar təşkil ediləcəkdir.

Qeyd edək ki, layihənin əsas məqsədi - region gənclərinin intellektual oyunlara marağını artırmaq, bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir.

Yarışların final mərhələsi Mingəçevir şəhərinin 69 illiyi ərəfəsində, şəhər ictimaiyyətinin iştirakı ilə keçiriləcəkdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.