Mingəçevir Gənclər Evində “Debat Təlimi və Mövzu” keçirildi.
21 oktyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

“Gələcək Gənclərlə Gələcək” Gənclər Klubunun dəstəyi, Mingəçevir Regional Debat Mərkəzinin, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci və Mingəçevir Tibb Kolleci Debat Klublarının birgə təşkilatçılığı ilə 21 oktyabr 2017-ci il tarixdə Gənclər Evində “Debat Təlimi və Mövzu” keçirildi.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Regional Debat Mərkəzinin sədri müavini Samir Şükürov tədbir iştirakçılarını Mingəçevir Gənclər Evi adından salamlamış, Mərkəz tərəfindən keçirilən təlimlərə yeni qoşulan gənclərə Debat haqqında ətraflı məlumat verərək debatların gənclərin həyatında mühüm rol oynadığını bildirdi.

Daha sonra çıxış edən Mingəçevir Regional Debat Mərkəzinin Təlimçi, Məşqçi, Hakim komitəsinin sədri Orxan İsmayılov "Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız Kuboku 2017” çərçivəsində Mingəçevirdə həyata keçiriləcək tədbirlər və daxili turnirlər haqqında danışdı.

Qeyd edək ki, tədbir 4-5 noyabr 2017-ci il tarixlərdə keçirilməsi planlaşdırılan "Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız Kuboku 2017”-yə hazırlıq məqsədi daşıyır.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.