”Mənim qısametrajlı filmim”
03-06 noyabr, 2016 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, ZƏKA Youth TV-nin tərəfdaşlığı ilə Gəncə Avropa Gənclər Paytaxtı 2016 çərçivəsində icra olunmuşdur.

Layihənin məqsədi kino sənətinin inkişafında xüsusi rol oynayan operator sənətinin gənclər arasında təbliği və bu sahədə gənc kadrların potensialının artırılması olmuşdur.

Layihə çərçivəsində Gəncə şəhərində 20 nəfər həvəskar gənc təlimlər vasitəsilə operatorluq və kinorejissorluq sahəsində biliklərə yiyələnmişdir. Təlimlər 2 günü nəzəri 2 günü praktiki olmaqla 4 gün davam etmişdir. Təlimlər yekunlaşdıqdan sonra layihəyə cəlb olunmuş gənclər hər birində 10 nəfər olmaqla 2 komandaya ayrılaraq öyrəndikləri bilikləri tətbiq etmək üçün qısametrajlı videolar çəkmişdir. Videolar yaxın zamanda ictimamiyyətə youtube kanalı və sosial şəbəkələr vasitəsilə çatdırılacaqdır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.