18 Oktyabr - “Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş şahmat idman növü üzrə yarış
10-13 oktyabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

10-13 oktyabr 2017-ci il tarixlərdə Gəncə Gənclər Evinin şahmat otağında 18 Oktyabr - “Dövlət Müstəqilliyi günü”nə həsr edilmiş şahmat idman növü üzrə universitetlər, kolleclər, peşə məktəbləri və peşə liseylərinin tələbələri (hər komandada 3 oğlan 2 qız olmaqla) arasında yarış keçirilmıdir. Universitetlər arasında 1-ci yerə Gəncə Dövlət Universiteti, kolleclər arasında 1-ci yerə Gəncə Dövlət Regional Kolleci, peşə məktəbləri və peşə liseyləri arasında 1-ci yerə isə Gəncə 3 saylı peşə liseyi layiq görülmüşdür.

Yarışda iştirakçıların sayı 60 nəfər olub. Qaliblər fəxri fərman və diplomlarla təltif olunublar.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.