"Qayğıya ehtiyacı olan insanlarla davranış qaydaları" mövzusunda seminar
23 oktyabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər Evinin konfrans zalında Gənclər Evinin psixoloqu Günel Hüseynli tərəfindən "Qayğıya ehtiyacı olan insanlarla davranış qaydaları" mövzusunda seminar keçirilib.

Seminarda 25 nəfər gənc iştirak edib. Seminar zamanı əlil və xüsusi qayğıya ehtiyacı olan insanlarla ünsiyyət qurmağın incəliklərindən danışılıb. Sonda gəncləri maraqlandıran suallar psixoloq tərəfindən cavablandırılıb.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.