"Kim olmaq istəyirik? Hədəflərimiz” adlı psixoloji təlim
22 oktyabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

22 oktyabr 2017-ci il tarixdə Gəncə Gənclər Evində "Kim olmaq istəyirik? Hədəflərimiz" adlı psixoloji təlim keçirilib. Təlim zamanı gənclərə hədəfə aparan yollar, istedad və ixtisas arasındakı uyğunluq haqqında məlumat verilib, gənclərin sosial cəmiyyətə düzgün adaptasiyası yolları müzakirə edilib. Təlimə 13 nəfər iştirakçı qatılıb.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.