18 Oktyabr - “Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu üzrə turnir
15 oktyabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər Evində 18 Oktyabr - “Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu üzrə gənclər arasında turnir keçirilmişdir.

Layihənin əsas məqsədi - regionda yaşayan gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və intellektual bilik və bacarıqlarının artırılması olmuşdur.

Turnirdə 100-dən artıq gəncin iştirakı ilə 15 komanda mübarizə aparmış və nəticə etibarən “Rekviyem” komandası I yerə, “İncredible team” komandası II yerə, “Primus” komandası III yerə layiq görülmüşdür.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.