18 Oktyabr - “Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş tədbir
17 oktyabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Ombudsmanın Gəncə Regional Mərkəzi və Gəncə şəhər Təhsil İdarəsinin dəstəyi ilə Gəncə Gənclər Evində 18 Oktyabr – “Dövlət Müstəqilliyi Günü"ə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə 80 nəfər yeniyetmə və gənc iştirak edib. Tədbir zamanı Azərbaycan tarixinin keçdiyi müstəqillik yolu haqqında iştirakçılara məlumat verilib. Daha sonra tədbir rəsm sərgisi ilə davam edib. Sərgidə iştirak edən 24 məktəbin 30 rəsm əsəri nümayiş olunub, onlar arasında qaliblər seçilərək mükafatlandırılıblar.

Qeyd edək ki, l yerə 38, ll yerə 22, lll yerə isə 44 saylı tam orta məktəblər layiq görülüblər.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.