“Erasmus + Youth” ('Erasmus + Gənclər Fəaliyyətdə') proqramı üzrə əldə edilmiş rəsmi məlumat mərkəzinin açılış mərasimi
25 oktyabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

Gəncə Gənclər Evində Azərbaycanda ilk dəfə olaraq "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən Avropa Komissiyasının "Erasmus + Youth" ('Erasmus + Gənclər Fəaliyyətdə') proqramı üzrə əldə edilmiş rəsmi məlumat mərkəzinin açılış mərasimi baş tutub.

Tədbirin rəsmi hissəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Xəyalə Qurbanova, Gəncə şəhər Gənclər Evinin əməkdaşı Şəhriyar Hacıyev, QHT nümayədələri, tələbələr iştirak ediblər.

Proqram çərçivəsində, "Gələcəyə Körpü" İctimai Birliyi yerli gənclər və gənclər təşkilatları arasında Rəsmi Əlaqə Mərkəzi olaraq fəaliyyət göstərəcəkdir. Bununla da Azərbaycanda “Erasmus+” proqramının imkanları ilə maraqlanan təşkilatlara məsləhətlər veriləcək, Azərbaycanın müxtəlif bölgələrində “Erasmus+” proqramı haqqında təqdimat və məlumat xarakterli tədbirlər həyata keçiriləcək, proqram vasitəsilə yerli gənclərə təlim kursları, gənclər mübadiləsi və EVS layihələrinə müraciət etmək və iştirak etməyin yolları və faydaları haqqında məlumat veriləcəkdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.