Binəqədi rayonunda “Xəmsə” Milli İntellektual Oyununun yarımfinal və final mərhələləri
16 oktyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 16 oktyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın 5.4.7. (Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompyuter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi) bəndinə əsaslanaraq və 18 Oktyabr - “Dövlət Müstəqilliyi günü”nün 26-cı ildönümü münasibətilə 313, 102, 246, 205, 314, 244, 83 və 103 saylı orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyununun yarımfinal və final mərhələləri keçirilmişdir.

Ümumilikdə 03-06 oktyabr 2017-ci il tarixlərdə rayonun 32 orta ümumtəhsil məktəbinin şagirdlərinin iştirak etdiyi intellektual oyunda 244 №-li tam orta məktəbin “Kür-Araz” komandası I, 83 №-li məktəb-liseyin “Alov” komandası II, 205 №-li tam orta məktəbin “Aysberq” komandası III yerə layiq görülmüşdür.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov qalibləri təbrik edərək onlara təhsilində uğurlar arzulamışdır. Sonda qalib komandalar diplom, medal və kubok ilə mükafatlandırılmışlar.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.