"SALTO" rəhbəri “Binəqədi Gənclər Evi”nin qonağı oldu.
09 oktyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

09 oktyabr 2017-ci il tarixdə Avropa Birliyi Gənclər Proqramının Şərqi Avropa və Qafqaz Ölkələri üzrə Resurs Mərkəzinin (SALTO) rəhbəri Andriy Pavlovych dövlət gənclər siyasətinin Binəqədi rayonunda icrası istiqamətində görülən işlərlə tanış olmaq məqsədilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin qonağı olmuşdur.

Görüşdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyev qonağı Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış etmiş, burada keçirilən tədbirlər, həyata keçirilən sosial layihələr haqqında ətraflı məlumat vermişlər.

Eyni zamanda Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Avropa Birliyinin “Erasmus+” proqramının Binəqədi informasiya mərkəzinin yaradılması, Avropa Könüllülük Xidmətində gənclərin iştirakı, beynəlxalq mübadilə proqramlarının və təlim kurslarının təşkili, keçirilməsi, gənclərlə işləyən mütəxəssislərin Avropa ölkələrində müvafiq sahə üzrə fəaliyyət göstərən mərkəzlərdə təcrübəyə göndərilməsi məsələləri müzakirə edilmişdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.