“Avto Akademiya” layihəsinin yekunu
noyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, “NURGUN Motors” Şirkəti, Xəzər-Qərb Tədris Mərkəzi və “RƏVAN” Sığorta şirkətinin birgə təşkilatçılığı ilə keçirilən VIII qrant müsabiqəsinin qalibi Nərgiz Qurbanovanın “Avto Akademiya” adlı layihəsi başa çatmışdır.

Layihə gənclər arasında yol hərəkəti qaydaları anlayışının inkişaf etdirilməsi, yol hərəkəti qaydalarının və mədəniyyətinin öyrənilməsi, yüksəldilməsi və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə dəstək olmaq məqsədilə keçirilmişdir.

Layihədə iştirak etmək üçün 500 nəfərdən çox gənc müraciət edərək onlayn qeydiyyatdan keçmişdir. Müraciətlərə əsasən müsahibə mərhələsindən uğurla keçən 30 nəfər gənc layihədə iştirak hüququ qazanmışdır.

“Avto Akademiya” layihəsi çərçivəsində iki ay müddətində 30 nəfər gəncə nəzəri və praktiki təlimlər keçirilmişdir. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.