Binəqədi rayonunda “Narkomaniya ilə mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda rəsm müsabiqəsi
20 oktyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

20 oktyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Narkomaniya ilə mübarizə mənəviyyatın xilası deməkdir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.

Məktəbli rəssamların böyük həvəslə kağız üzərində çəkdikləri “Ölümə gedən yol-narkotik”, “Narkomaniyaya yox deyək”, “Qaranlıq dünyadan azad ol”, “Rəngarəng dünyanı seçək”, "Gələcəyimiz öz əlimizdədir", "Narkotiksiz yaşayaq" devizi altında çəkilən şəkillərə baxdıqda onların bu problemi dərindən dərk etməklə yanaşı, onun cəmiyyət, ətraf mühit üçün böyük bir bəla olduğunu və onlarda narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdığının şahidi oluruq.

Gənc rəssamlara yaradıcılıq uğurları arzulayırıq!


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.