“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “Eko Təlim”
07 oktyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

7 oktyabr 2017-ci il tarixdə Binəqədi rayonu ərazisində çox yaxın zamanlarda başlayacaq “Ümumrayon yaşıllaşdırma marafonu” layihəsinin ilk “Eko Təlim”i keçirildi.

Keçirilən təlimdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, ideya müəllifi Həmidə Əşrəfova, YAP Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, təlimçi Amin Məmmədov, YAP Binəqədi Rayon Təşkilatının fəal gəncləri, AƏSMA-nın, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri və ASAN könüllüləri iştirak etdilər.

Əvvəlcə təlimi açan Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova gəncləri salamlayaraq bu mövzuda təlimlərin Gənclər Evində mütəmadi olaraq davam etdiriləcəyini diqqətə çatdırdı.

Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonu ərazisində başlayacaq “Ümumrayon yaşıllaşdırma marafonu” layihəsi haqqında gənclərə məlumat verərək ətraf mühitin qorunmasının vacibliyini vurğuladı.

Daha sonra ideya müəllifi Həmidə Əşrəfova layihənin ideya və məqsədi, YAP Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev Birliyin bu sahədə həyata keçirdiyi layihələr haqqında məlumat verdilər.

Çıxışlardan sonra təlimçi Amin Məmmədov “Ekologiyanın qorunmasının vacib amilləri”, “Ətraf mühit və Biz” və digər mövzularda təlim keçdi. Təlim zamanı gənclər üçün interaktiv və praktik tapşırıqlar təşkil edildi.

Təlimin yekununda gitaraçı gənclər maraqlı musiqi nömrələri ilə çıxış etdilər.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.