“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində intellektual oyun keçirilmişdir.
30 sentyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

30 sentyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Gənclər arasında maraqlı yarışlar” adı altında intellektual oyun keçirilmişdir. Yarışda hər birində 5 nəfər olmaqla 12 komanda qalibiyyət uğrunda mübarizə aparmışdır. Qalib komandalar İdarə tərəfindən diplom və sertifikatlarla təltif edilmişlər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının (5.4. Gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının təşkili) icrasına uyğun olaraq Binəqədi rayonunda mütəmadi olaraq bu cür yarışlar təşkil olunur.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.