Sumqayıtda “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsinə start verildi
30 sentyabr 2017 | Sumqayıt şəhəri, Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən “Region gənclərinin turizmin inkişafında rolunun artırılması” layihəsinin açılış mərasimi, eyni zamanda gənclər üçün təlim keçirilmişdir.

Təlimi giriş sözü ilə açan layihənin koordinatoru Rəşad Yunusov iştirakçılara layihə haqqında ətraflı məlumat verdi. Layihənin məqsədi - turizmin inkişaf potensialı olan şimal regionunda gənclərin fəallığını artırmaqla bu sahəyə dəstək olmaq, turizmin inkişafına cəlb etmək, maarifləndirmə işlərinin aparılmasıdır.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Seymur Aslanov çıxış edərək son dövrlərdə turizm sahəsində aparılan məqsədyönlü işlərin ölkəyə gələn turistlərin sayının günügündən artmasına səbəb olduğunu qeyd etdi. S.Aslanov turizmin gələcəkdə daha da inkişaf etdirilməsi məqsədilə gənclərin bu sahəyə diqqətinin artırılmasının vacibliyini bildirdi.

Təlim turizm, təhsil və İKT sahəsində ekspert və təlimçi Ramil Süleymanov tərəfindən keçirildi. İnteraktiv keçən təlim zamanı iştirakçılara menecerlik, turizm məkanlarına sosial şəbəkələr vasitəsilə həm yerli, həm də xarici turistlərin cəlb edilmə yollarının öyrədilməsi və kiçik biznes imkanlarının yaradılmasına dair ətraflı məlumat verildi.

Təlimdə şəhərin və region üzrə gənclər təşkilatlarının üzvləri, fəal gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdirlər.

Layihə çərçivəsində təlimlər Xızı, Şabran, Quba və Qusar rayonlarında təşkil olunacaqdır.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.