Sosial xidmət müəssisəsində fəaliyyət göstərən Debat Klubu tərəfindən debatların yaranma tarixi, inkişafı və faydaları haqqında təlim
04 oktyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

04 oktyabr 2017-ci il tarixdə "Mingəçevir Gənclər Evi" sosial xidmət müəssisəsində fəaliyyət göstərən Debat Klubu tərəfindən debatların yaranma tarixi, inkişafı və faydaları haqqında təlim keçirilmişdir.

Təlimdə müxtəlif ixtisaslarda təhsil alan tələbələr fəal şəkildə iştirak etmişdirlər. Təlim əsasən debatı yeni öyrənən gənclər üçün nəzərdə tutulduğundan ilk əvvəl tələbə gənclərə debat haqqında, ilk debatların necə və harada yarandığı haqqında geniş məlumat verilmişdir.

Təlimin iki hissəli təşkil olunması gənclərin onlara ötürülən nəzəri və praktiki məlumatların daha rahat formada mənimsənilməsinə yardımçı olub. Təlimin birinci hissəsi nəzəri məlumatlardan ibarət olub və Rəşad Qurbanov tərəfindən keçirilib. İkinci hissədə isə MDU Debat Klubunun sədri Orxan İsmayılov tərəfindən iştirakçılara Karl Popper Debat formatında debatların keçirilməsi haqqında ətraflı məlumatlar verildi və praktiki olaraq debatların necə və hansı qaydalarla aparıldığı iştirakçılara təqdim edildi.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.