“Mühasiblərin Peşəkar Sertifikasiyası” mövzusunda seminar
08 oktyabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

08 oktyabr 2017-ci il tarixdə Gəncə Gənclər Evində GRBS® tərəfindən Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birlikdə mühasiblərin və auditorların peşəkar sertifikasiyası proqramı üzrə həm hazırlıq, həm də rəsmi imtahanların keçirilməsinə başlanması ilə əlaqədar seminar təşkil olunmuşdur.

Seminarda yaxın zamanlarda Gəncə şəhərində fəaliyyətə başlayacaq “Mühasiblərin Peşəkar Sertifikasiyası” proqramı, təlimin keçirilmə qaydası, tədris zamanı istifadə olunacaq dərsliklər, bu dərsliklərin milli və beynəlxalq standartlara adaptasiyası, kompyuter platforması əsasında tərtib olunmuş rəsmi imtahan və digər bu kimi mövzular haqqında da ətraflı məlumat verilmişdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.