“Fəlsəfi söhbət” layihəsinin bağlanış mərasimi
noyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyi, “Gənc Psixoloqlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Fəlsəfi söhbət” layihəsinə yekun vurulub.

2 ay müddətində davam etmiş layihənin keçirilməsində məqsəd Azərbaycan və dünyada olan elmi, fəlsəfi və psixoloji nəzəriyyələri diskussiya və təlimlər vasitsilə gənclərə çatdırmaq, onların fəlsəfi biliklərə daha dərindən yiyələnməsini təşkil etmək olub. Tədbir zamanı layihəyə gənclər arasında böyük maraq olduğu vurğulanmış, iştirakçılara yeniyetmə və gənclərin dünyagörüşünün artırılması istiqamətində görülən işlərin davamlı olacağı bildirilmişdir.

Tədbir Binəqədi rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olması münasibətilə keçirilən “Azərbaycan Səninlədir-Sənsiz deyil!” VI yaradıcılıq festivalının laureatı, 244 nömrəli tam orta məktəbin şagirdi Əsmər Seyidzadənin ifasında bədii hissə ilə davam etdirilib.

Sonda layihədə iştirak etmiş gənclərə sertifikatlar təqdim olunub.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.