“Xəmsə” Milli İntellektual Oyununun birinci mərhələsi
03 oktyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 03 oktyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyununun birinci mərhələsi keçirilmişdir.

Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova məktəbliləri salamladıqdan və “Xəmsə” Milli İntellektual Oyununun aparıcısı Elmidar Süleymansoy komandaları oyunun qaydaları ilə tanış etdikdən sonra yarışa start verilmişdir.

Yarışda rayonun 32 orta ümumtəhsil məktəbindən 16-sı iştirak etmiş və 4 məktəbin (102, 205, 246, 313 nömrəli tam orta məktəblər) komandası yarımfinala vəsiqə qazanmışdır.

Qeyd edək ki, növbəti mərhələ 06 oktyabr 2017-ci il tarixdə keçiriləcəkdir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.