Binəqədi rayonunda “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində maarifləndirici
29 sentyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

29 sentyabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində məcburi köçkünlər üçün maarifləndirici təlim keçirilmişdir.

Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Furio de Angelis, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Gənclər və İdman Nazirinin köməkçisi Arzu Məmmədova, məcburi köçkünlər iştirak etmişlər.

Əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq, qonaqları və tədbir iştirakçılarını salamlamışdır. Layihənin aktuallığına diqqət çəkən natiq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin təxminən 20 faizinin işğal edilməsi və nəticədə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən danışıb.

Sonra çıxış edən digər şəxslər - Furio de Angelis, Ombudsman Elmira Süleymanova, Arzu Məmmədova - qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, xüsusilə də didərginlik şəraitində qadınların qarşılaşdıqları problemlər və bunun həlli yolları barədə fikirlərini səsləndiriblər.

Ombudsman Elmira Süleymanova Ermənistanın işğalçı siyasətinin insanlara vurduğu psixoloji-mənəvi zərbənin fəsadlarını xüsusi vurğulayaraq, dünya ictimaiyyətini bu məsələyə laqeyd qalmamağa səsləyib. Eyni zamanda Ombudsman məişət zorakılığı, qadınların hüquqlarının müdafiəsi və onların cəmiyyətdə layiqli yer tutması üçün ölkədə həyata keçirilən sosial islahatlar barədə də ətraflı məlumat verib.

Çıxışlardan sonra qonaqlar iştirakçıların suallarını cavablandırıblar. Layihə çərçivəsində çap edilmiş maarifləndirici vəsaitlərin paylanılması və mövzu ətrafında praktiki təlimlə tədbirə yekun vurulub.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.