“Azərbaycan gəncliyi və milli-vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda dəyirmi masa
16 sentyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

16 sentyabr 2017-ci il tarixdə Qaradağ Gənclər Evində “Azərbaycan gəncliyi və milli-vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir zamanı Qarabağ müharibəsi veteranlarının, rayon ərazisində yerləşən hərbi hissənin zabitlərinin rayon gəncləri ilə görüşü baş tutmuşdur. Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsinin və vətənpərvərlik tərbiyəsinin dövlət gənclər siyasətinin əsas istiqamət olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, vətənpərvərlik ruhunda tərbiyə olunmaq, vətənə əsl vətəndaş olmaq üçün ən gözəl vasitə Heydər Əliyevin həyat və fəaliyyətini dərindən öyrənmək və onu özünün həyat amalına çevirməkdən ibarətdir. Dəvət olunmuş zabitlər vətəni qorumağın ən şərəfli peşə saydıqlarını və bu yolda lazım gələrsə canını belə əsirgəməməyin hamının mənəvi borcu olduğunu bildirdilər. Gənclər adından çıxış edən Aydın Məmmədov ölkədəki gənclər hərəkatına göstərilən diqqət və qayğıya, yaradılan hərtərəfli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildirdi. Digər çıxışçılar gənclərin intellektinin artırılması və onların dünya birliyinə inteqrasiya olunması məqsədilə ölkə başçısının həyata keçirdiyi sosial islahatlardan, o cümlədən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan söz açdılar.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.