“Öyrən, tətbiq et, qazan” layihəsi / serifikatların təqdimetmə mərasimi
16 sentyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi iləhəyata keçirilən“Öyrən, tətbiq et, qazan” layihəsi çərçivəsində təşkil edilən kurslarda iştirak etmiş şəhər təhsil müəssiəsələrində çalışan müəllimlərə serifikatların təqdimetmə mərasimi keçirilmişdir. Tədbir 16 sentyabr 2017-ci il tarixdə Mingəçevir Gənclər Evindətəşkil edilmişdir. Təqdimatda təhsil işçiləri və yerli media nümayəndələri iştirak etmişlər. Layihənin uğurlu olmasının səbəblərindən biri şəhər müəllimlərinin peşəkarlıq səviyyəsinin artmasına, onların İKT bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsidir.

Qeyd etmək lazımdır ki, layihə müddətində kurslara Mingəçevirşəhərinin müxtəlif məktəblərindən 50-dən artıq tədrisçi, eləcə də təhsil sahəsinə yeni qoşulan gənclər cəlb edilmişlər. Layihənin fəaliyyət müddəti davam etdikcə İKT (elektron lövhə) bacarıqlarını inkişaf etdirmək, kurlarda iştirak etmək istəyənlərin sayı artmaqda davam edir.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.