"Azərbaycan gəncliyi 2017- 2021-ci illərdə" Dövlət Proqramının icrasından irəli gələn vəzifələrə həsr olunmuş dəyirmi masa
21 sentyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

21 sentyabr 2017-ci il tarixdə Mingəçevir Gənclər Evində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş"Azərbaycan gəncliyi 2017- 2021-ci illərdə" Dövlət Proqramının icrasından irəli gələn vəzifələrə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Dövlət Proqramı geniş müzakirə olunmuş, ilk növbədə proqramın icrasına nail olmaq üçün bütün aidiyyəti təşkilatların sıx əməkdaşlığı və onların fəaliyyətlərinin vacibliyi xüsusi vurğulandı. Bu məqsədlə Mingəçevirşəhər Gənclər və İdman İdarəsində Koordinasiya Mərkəzi yaradıldı.


Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.