“21 sentyabr - Beynəlxalq Sülh günü”nə həsr olunmuş maarifləndirici, əyləncəli tədbir
21 sentyabr 2017 | Gəncə şəhəri, Azərbaycan Respublikası

20 sentyabr 2017-ci il tarixdə Gəncə şəhər Gənclər Evində “21 sentyabr - Beynəlxalq Sülh günü”nə həsr olunmuş maarifləndirici, əyləncəli tədbir keçirildi. Tədbirdə qonaq qismində Gəncə Şəhər İcra Hakiniyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Kənan Məmmədov, Ombudsman Aparatının Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Asif Əliyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin aparıcı məsləhətçisi Rəhman Quliyev iştirak ediblər. Həmçinin tədbirdə bir sıra universitet və kolleclərdən, QHT-lər, ASAN Xidmət, YAP Gəncə Şəhər Təşkilatından ümumilikdə 110 nəfər gənc iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd - gənclər arasında dünyada sülh gününün təbliği olmuşdur. Tədbir zamanı “Sülh” mövzusunun bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.

Tədbirdə “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunmuş video çarx nümayiş olunmuşdur.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.