24 sentyabr 2017-ci il tarixdə Gəncə şəhər Gənclər Evində “Nə? Harada? Nə Zaman?” Gənclərin İntellektual Oyunu keçirilmişdir. Tədbir Gənclər Evinin İntellektual Klubu tərəfindən təşkil edilmişdir. Oyunda 12 komandada ümumilikdə 80 nəfər gənc və tələbə iştirak etmişdir.
Layihənin əsas məqsədi - regionda yaşayan gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi və onların intellektual bilik və bacarıqlarının nümayiş etdirilməsi olmuşdur.