“Öyrən, tətbiq et, qazan” layihəsi çərçivəsində keçirilən kurslar davam edir
09,11-15 sentyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

Hazırda bütün sahələrdə işləyən mütəxəssislər informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına malik olmalıdırlar. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi ilə 15 iyun 2017-ci il tarixdən Mingəçevir Gənclər Evində keçirilən “Öyrən, tətbiq et, qazan” adlı layihə çərçivəsində şəhərin orta ümumtəhsil müəssisələrində çalışan müəllimlərin İKT (elektron lövhə) bacarıqlarının inkişafına dəstək məqsədilə elektron lövhənin tədrisi kursları davam edir. Qeyd edək ki, tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən birini - əyaniliyi təmin edir və onun üzərində aparılan dərs prosesinin gedişatını kompyuterin yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Təlimdən geri qalan uşaqlar dəfələrlə bu video yazıları izləyə bilərlər.

Müəllimlər kurs müddətində elektron lövhə və ümumilikdə İKT vərdişlərini inkişaf etdirmək, təhsildə texnologiyalardan daha səmərəli şəkildə istifadə etmək üçün yeni bilgilər əldə edəcəklər. Kurslar elektron lövhənin tədrisdə daha kütləvi şəkildə istifadəsinə nail olmaq, eləcə də istifadə zamanı meydana çıxan çətinlikləri azaltmaq və yeni üsullar öyrənmək baxımından iştirakçılar üçün böyük əhəmiyyət daşıyır.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.