“Etik mən” adlı layihə çərçivəsində ikinci təlim
29 oktyabr, 2016 | Binəqədi rayonu, Azərbaycan Respublikası

29 oktyabr 2016-cı il tarixdə Binəqədi rayon Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Türkanə Musayevanın “Etik mən” adlı layihəsi çərçivəsində Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin 4-cü kurs tələbəsi Qüdrətxanım Zeynalovanın təqdimatında ikinci təlim keçirilib.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, İdarədə təcrübə keçən 18 saylı peşə liseyinin kompyuter operatorluğu və veb-dizayn fakültələrinin tələbələri iştirak ediblər. Peşə liseyinin tələbələrinin bilik və bacarıqlarının artırılması məqsədilə Binəqədi rayon Gənclər evində tam şərait yaradılıb, dərs otaqları ayrılıb və lazımi ləvazimatlarla təchiz olunub.

Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif edilib.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.