Mingəçevir Gənclər Evində aztəminatlı ailələr və uşaqlarla görüş keçirilib
02 sentyabr 2017 | Mingəçevir şəhəri, Azərbaycan Respublikası

02 sentyabr 2017-ci il tarixdə Mingəçevir Gənclər Evinin və Güvən Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə aztəminatlı ailələr və uşaqlarla görüş keçirilib. Görüşün təşkil edilməsində məqsəd yeni dərs ilinin başlanması ilə əlaqədar xüsusi qayğıya və diqqətə eytiyacı olan uşaqların lazımi məktəb ləvazimatları ilə təmin olunması, həmçinin valideynlərin və uşaqların hüquqi problemlərinin dinlənilməsi və həll edilməsindən ibarət olub. Nəticədə görüş iştirakçıları olan 45-ə yaxın uşaq məktəb ləvazimatları ilə təmin olunub.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.