Beynəlxalq Sülh Aylığı çərçivəsində “Heydər Əliyev Azərbaycanda hüquqi islahatların banisidir” adlı tədbir keçirildi.
08 sentyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

08 sentyabr 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Heydər Əliyev Azərbaycanda hüquqi islahatların banisidir” adlı tədbir keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının fəal gəncləri, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və ASAN könüllüləri iştirak etdilər. YAP Binəqədi rayon Təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev tədbirin mahiyyəti ilə bağlı məlumat vermiş, sonra sözü tədbirin ideya müəllifi Həmidə Əşrəfovaya vermişdir. H.Əşrəfova mövzu ilə bağlı təqdimat etdikdən sonra tədbir diskussiya şəklində davam etdi.

Tədbirdə rayon gəncləri Beynəlxalq Sülh Aylığı ilə bağlı fikirlərini söylədilər. Həmçinin tədbir zamanı Ulu öndər Heydər Əliyevin dünyada sülh elçisi kimi tanındığı, həmçinin istər Cənubi Qafqazda, istərsə də beynəlxalq aləmdə mövcud olan münaqişələrdə hər zaman sülh tərəfdarı olduğu bildirildi.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.