Ali məktəblərə 650-dən yuxarı bal toplayaraq daxil olmuş Binəqədi məzunları ilə görüş
05 sentyabr 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

05 sentyabr 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində hər il ənənəvi olaraq keçirilən “Binəqədi rayonunda təhsil işçilərinin 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası”na hazırlıq məqsədilə 2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə 650 və 650-dən yuxarı bal toplayaraq daxil olmuş rayon orta ümumtəhsil məktəblərinin məzunları ilə görüş keçirilmişdir.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və məzunlar iştirak etmişdirlər.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva gəncləri salamlayaraq, onları təhsildə qazandıqları yüksək nəticə münasibətilə ürəkdən təbrik etmiş, bu uğurun əldə edilməsində böyük zəhməti olan məzunların müəllimləri və valideynlərinə minnətdarlığını bildirmişdir.

Görüş zamanı “Binəqədi rayonunda təhsil işçilərinin 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş Şura iclası”na hazırlıq məqsədilə keçiriləcək konfransa məzunların fikir və təklifləri dinlənilmiş, onlara ölkədə, o cümlədən rayonda reallaşdırılan layihələrdə yaxından iştirak və Azərbaycanın inkişafı naminə hər zaman səylə çalışmaları tövsiyə edilmişdir.

Görüşdən sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov məzunları Binəqədi Gənclər Evinin inzibati binası ilə tanış etmiş, burada gənclər üçün yaradılmış şərait, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.