Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Qızlar Seminariyası” layihəsi çərçivəsində növbəti tədbir keçirildi.
19 avqust 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə 19 avqust 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində qızların cəmiyyətin həm sosial, həm də ictimai sferada iştirakının artırılması, cəmiyyətin müxtəlif sahələrində uğur əldə edən xanımların bilik və təcrübələrinin təbliğ edilməsini nəzərdə tutan “Qızlar Seminariyası” layihəsi çərçivəsində növbəti tədbir baş tutmuşdur.

Tədbirdə “Sağlam Ailə” Tibb Mərkəzinin PR və Marketinq şöbəsinin rəhbəri Nigar Rüstəmli, Mərkəzin mamaginekoloqu Əfsanə Hüseynquliyeva, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin psixoloqu Aytac Abbasbəyli və layihə iştirakçısı olan gənc xanımlar iştirak etmişdirlər.

Diskussiya zamanı gənc xanımların sualları cavablandırılmış və reproduktiv sağlamlıq haqqında məlumat verilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.