Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi.
26 avqust 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə 26 avqust 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində vətəndaş cəmiyyətində qızların iştirakının artırılması, cəmiyyətin müxtəlif sahələrində uğur əldə edən xanımların bilik və təcrübələrinin gənclər arasında təbliğ edilməsi məqsədilə həyata keçirilən "Qızlar Seminariyası" layihəsi çərçivəsində növbəti tədbir baş tutmuşdur.

Tədbirdə millət vəkili Qənirə Paşayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə, layihə iştirakçısı olan gənc xanımlar iştirak etmişlər.

Əvvəlcə Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə "Qızlar Seminariyası" layihəsi haqqında ümumi məlumat verdi. Sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov millət vəkilini və tədbir iştirakçılarını salamlayaraq, onları Binəqədi Gənclər Evinin fəaliyyət istiqaməti, burada reallaşdırılan layihələr haqqında məlumatlandırdı.

Millət vəkili Qənirə Paşayeva gənc xanımlarla görüşdən böyük məmnunluq hissi keçirdiyini bildirərək, onlara tədbirin gedişatında aktiv olmağı tövsiyə etdi. Görüşün ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum gününə təsadüf etdiyini vurğulayan millət vəkili, Onun hər bir xanım üçün nümunə olduğunu bildirdi.

Qarşılıqlı fikir mübadiləsi formatında davam edən görüşdə millət vəkili yaradıcılıq və ictimai sahədə fəaliyyətindən ətraflı bəhs etdi.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.