Mərakeş Krallığından bir qrup gənc Binəqədi Gənclər Evinin qonağı oldu.
31 avqust 2017 | Binəqədi rayonu, Azərbaycan Respublikası

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 31 avqust 2017-ci il tarixdə Mərakeş Krallığından bir qrup gəncin Binəqədi Gənclər Evinə səfəri təşkil edilmişdir.

Qonaqları burada Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Sənan Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Binəqədi Gənclər Evinin əməkdaşları salamlayaraq, onları Gənclər Evinin inzibati binası ilə tanış etmişlər. Tanışlıq zamanı qonaqlara rayonda gənclər siyasəti sahəsində görülən işlər və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə ətraflı məlumat verilmişdir.

Gənclər Evində gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şərait, müxtəlif təyinatlı otaqlar mərakeşli qonaqlarda böyük təəssürat yaratmışdır.

Görüş Qubadlı rayonunun Ermənistan silahlı quvvələri tərəfindən işğalının 24-cü ildönümünə təsadüf etdiyinə görə qonaqlara "Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" haqqında məlumatı özündə əks etdirən yazı təqdim olunmuşdur.

Görüş “Gənclər klubu”nda çay süfrəsi ətrafında davam etdirilmiş, qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir.




Gənclər evləri və mərkəzləri


“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur.
“Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) Tədbirlər Planının 4.1.7.-ci bəndinə əsasən “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması” nəzərdə tutulmuşdur. İlk “Gənclər evi” 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlamışdır.